Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği və verilmə qaydası dəyişib

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği və verilmə qaydası dəyişib
# 28 dekabr 2023 16:22 (UTC +04:00)

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği artırılıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədərə iki ildən bir verilən və hər biri 30000 (otuz min) manat məbləğində olan Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 (beş) Dövlət Mükafatı hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilib.

Dəyişikliyə əsasən, iki ildən bir verilən və hər biri 40000 (qırx min) manat məbləğində olan Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 3 (üç) Dövlət Mükafatı hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR