Qəbələdə Azərbaycan Sərhəd Mühafizəsinin 97 illiyi qeyd edilib

Qəbələdə Azərbaycan Sərhəd Mühafizəsinin 97 illiyi qeyd edilib
# 17 avqust 2016 19:35 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Şəki Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant Müzəffər Pirizadə çıxış ediblər.

Tədbirdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında genis məlumatlar verilib, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılıb.

Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələr və fəxri-fərmanlarla mükafatlandırılıblar. Tədbirdə qəhrəman sərhədçilərdən bəhs edən sənədli filmə baxış keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR