Bakı - APA-Economics. Oktyabr ayının 28-də "Unibank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, yığıncağın gündəliyinə bankın İdarə Heyəti sədrinin müavininin təyin edilməsi daxildir.
Bununla yanaşı, yığıncaqda bankın kənar auditorunun təyin edilməsi də müzakirə olunacaq.