"NİDA"çı Elgiz Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

"NİDA"çı Elgiz Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
# 05 noyabr 2016 09:50 (UTC +04:00)

“NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə APA-ya vəkil Fariz Namazlı məlumat verib. F. Namazlı bildirib ki, vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb. O, ittihamları qəbul etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR