Rusiyada turist gəzintisində iştirak edən 10 uşaq ölüb

Rusiyada turist gəzintisində iştirak edən 10 uşaq ölüb
# 19 iyun 2016 13:25 (UTC +04:00)

Bakı-APA. Rusiyada turist gəzintisində iştirak edən 10 uşaq ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Kareliyada Syamzero gölündə turist gəzintisində çıxmış qrupda olan 10 uşağın cəsədi aşkarlanıb, 3 uşağın axtarışları davam edir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin mətbuat xidmətinin rəisi Fedor Polşin həmin turist qrupundakı 11 turistin xilas edildiyini, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin iki vertolyotunun cəlb edildiyini bildirib.

Turst qrupu 2 nəfər yetkin yaşlı olmaqla, 12-17 yaşlı yeniyetmələrdən ibarət olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR