ABŞ-ın maliyyə naziri: “Neftin ucuzlaşması bütün istehlakçılara sərf edir”

ABŞ-ın maliyyə naziri: “Neftin ucuzlaşması bütün istehlakçılara sərf edir”
# 21 yanvar 2016 18:17 (UTC +04:00)

Bakı - APA-Economics. Neftin qiymətinin azalması dünya üzrə bütün istehlakçılara sərf edir.

APA-Economics” xəbər verir ki, bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ-ın maliyyə naziri Cek Lyu deyib.

“Neftin 1 barrelinin 27 dollar təşkil etdiyi müddət ərzində istehlakçıların cibində daha çox pul qalır. Bunun hesabına istehlakçılar istehlakçılar maliyyə durumunu yaxşılaşdırır. Düşünmürəm ki, neftin ucuzlaşması qlobal iqtisadiyyat üçün mənfi təsir göstərir”, - deyə nazir qeyd edib.


C. Lyu əlavə edib ki, dünya birjalarının silkələnməsinə səbəb olan Çin iqtisadiyyatındakı durum gözlənilməz deyildi. “Təbii ki, bu asan olmayacaq, lakin Çin ixracyönümlü iqtisadiyyatdan istehlakçı aktivliyinə əsaslanan iqtisadiyyata keçməlidir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR