Azərbaycan Özbəkistanla dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Özbəkistanla dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir
# 02 may 2017 13:50 (UTC +04:00)

Özbəkistanın paytaxtı Daşkənd şəhərində bu ölkənin baş nazirinin birinci müavini, "Özbəkistan Dəmir Yolları" SC İdarə Heyətinin sədri Açılbay Ramatovla "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov arasında ikitərəfli görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "APA-Economics"ə verdiyi məlumata görə, görüş zamanı A.Ramatov bildirib ki, Özbəkistan şaxələnmiş nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və bu istiqamətdə işlər aparılır. O Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib.

C.Qurbanov isə Azərbaycanın Özbəkistanla bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.

Azərbaycan dəmir yolunda həyata keçirilən islahatlardan danışan C.Qurbanov ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

 

Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Transxəzər beynəlxalq nəqliyyat marşrutunun fəaliyyətinin  gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

C.Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib və bildirib ki, qonşu dövlətin qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin həlli gecikir.

İkitərəfli görüşdə Azərbaycan ərazisindən keçən marşrutlara əlavə yük axınının cəlb olunması üçün bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu xəttinin perspektivləri, Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR