Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi ötən il ərzində xam neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, 2015-ci ildə gömrük bəyannamələri əsasında 8 866 158,60 min ABŞ dolları dəyərində 21 960 322,54 ton xam neft ixrac olunub.
Belə ki, bu, 2014-cü illə müqayisədə 6,70% azdır. Məbləğ dəyərində isə bu rəqəm 2,07 dəfə azdır.
Ötən il ərzində 751 921,59 min dollar dəyərində 2 197 678,24 ton həcmində neft məhsulları ixrac edilib. Bu, 2014-cü illə müqayisədə 4,34% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 44,91% azdır.