“Azərbaycan Sənaye Bankı” ötən ili 2,6 mln. manatlıq mənfəətlə başa vurub

“Azərbaycan Sənaye Bankı” ötən ili 2,6 mln. manatlıq mənfəətlə başa vurub
# 22 yanvar 2016 09:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan Sənaye Bankı”nın aktivlərinin həcmi 2016-cı il yanvarın 1-nə 690,399 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin yanvarın 1-i ilə müqayisədə 64,53% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,17% azalaraq 161,975 mln. manat olub.

2015-ci ildə istehlak kreditlərinin həcmi 14,949 mln. manat təşkil edib ki, bu da 2014-cü ilə nisbətən 43,79% azalma deməkdir.

Bankın ipoteka kreditlərinin həcmi 662,30 min manat olub ki, bu da illik müqayisədə 16,71% azdır. Qeyd edək ki, ipoteka kreditlərinin hamısı İpoteka Fondunun xətti ilə verilib.

Bir ildə vaxtı keçmiş kreditlərin həcmi 18,18% artaraq hesabat dövrünə 7,220 mln. manat təşkil edib ki, bu da ümumi kredit portfelinin 4,28%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 83,03% artaraq 425,702 mln. manat olduğu halda, əhalinin əmanətlərinin həcmi 3,22 dəfə artaraq 351,809 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 6,25 % artaraq 71 mln. 584,08 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat təşkil edib.

Ötən il bankın gəlirləri 36,44% azalaraq 24,918 mln. manat, xərcləri isə 2,21 dəfə azalaraq 15,117 mln. manat olub.

Ümumilikdə isə il ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 556,58 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR