Gennadi Züqanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gennadi Züqanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
# 13 fevral 2024 11:38 (UTC +04:00)

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən Prezident seçilməyiniz ölkə vətəndaşları arasında şəksiz nüfuzunuzu və Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətinizə verilən yüksək qiyməti təsdiq etdi.

Əminəm ki, Sizin köməyinizlə ölkələrimiz arasında çoxplanlı əməkdaşlığın mühüm tərkib hissəsi olan Rusiya-Azərbaycan dialoqu gələcəkdə də inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, cansağlığı və əmin-amanlıq arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR