Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda “Garant Holding” şirkətinin binasında tüstülənmə olub.
APA-nın məlumatına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəliblər və hadisənin yanğına keçməsinin qarşısını alıblar. Hadisənin kondisionerlərin çox yüklənməsi nəticəsində baş verdiyi ehtimal edilir.