Sabah Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 09 may 2016 15:37 (UTC +04:00)

Bakı-APA. Sabah Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar Fəxri xiyaban istiqamətində avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək.

Paytaxtın Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsindən, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən və digər kəsişən küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Mayın 10-da səhər 08:00-dan etibarən ziyarət başa çatanadək bu istiqamətdə şəxsi avtomobillərdən istifadə edilməməsi, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR