Latviya prezidenti: "Azərbaycan Avropa Birliyinin enerji və tranzit sahəsi üzrə mühüm tərəfdaşıdır"

Latviya prezidenti: "Azərbaycan Avropa Birliyinin enerji və tranzit sahəsi üzrə mühüm tərəfdaşıdır"
# 16 fevral 2016 06:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Avropa Birliyinin enerji və tranzit sahəsi üzrə mühüm tərəfdaşıdır. "APA-Economics"in xəbərinə görə, bu barədə Latviya prezidenti Raymonds Veyonis "The Business Year" jurnalına müsahibəsində deyib.

 

Latviya prezidenti Azərbaycanın "Cənub Qaz Dəhlizi", TANAP və TAP layihələrindəki rolunu yüksək qiymətləndirib.

 

Ölkə başçısı qeyd edib ki, hər iki ölkə rəhbərliyi arasında formalaşan möhkəm və sağlam siyasi münasibətlər iqtisadi əlaqələrin inkişafına da təsirsiz ötüşməyib: "Son illər iqtisadi-ticari əlaqələrdə müsbət dinamika müşahidə olunur. Latviyadan Azərbaycana daha çox kənd təsərrüfatı məhsulları, elektrik cihazları, maşınqayırma avadanlıqları ixrac olunur. Biz isə Azərbaycandan daha çox yeyinti məhsulları, alkoqollu içkilər idxal edirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR