Siyəzəndə futbolçuları daşıyan mikroavtobus yanıb

Siyəzəndə futbolçuları daşıyan mikroavtobus yanıb
# 24 noyabr 2016 08:14 (UTC +04:00)

Bakı-Quba yolunda avtomobil yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

 

Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

 

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR