Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Oktyabr
# 11 oktyabr 2016 18:07 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Putinin İstanbulda Ərdoğanla görüşünü Rusiya ilə Türkiyə arasında fövqəladə bir yaxınlaşmaya işarə kimi dəyərləndirmək çox şişirdilmiş bir yanaşma olar. Məlum təyyarə hadisəsinə qədər iki ölkə arasında münasibətləri xatırlamaq üçün çox da keçmişə qayıtmağa ehtiyac yoxdur. Həmin münasibətlər iki ölkə arasında müşahidə oluna biləcək ən yüksək səviyyədə idi. Bundan sonrakı münasibətlər aşağı-yuxarı həmin səviyyəyə qaldırılacaq.

"Türk axını" da təyyarə insidentindən əvvəlki dönəmin projesidir. Yeri gəlmişkən, turist və meyvə-tərəvəz qadağasından fərqli olaraq, bu enerji layihəsinin reallaşdırılmasının ləğv edilməyəcəyi münasibətlərin soyuq olduğu periodda belə Moskva, şəxsən Kreml rəhbəri tərəfindən bir neçə dəfə vurğulanıb. Yəni bu imzalanma da gözlənilən idi. Məsələnin "Türk axını"nın kimə daha çox xeyir verəcəyinə gəlincə...

Rusiya Avropaya qaz satmaq üçün Ukrayna üzərindən keçən marşruta ən səmərəli alternativi bu istiqamətdə görür. Moskvanın marağı bu addımla Ukraynanın onsuz da yaxşı vəziyyətdə olmayan iqtisadiyyatını daha da çökdürmək və özünə tabe etməkdir. Kremlin bu layihənin reallaşmasında planı həm də Avropada enerji bazarını itirməmək və qitənin "rus qazı"ndan asılılığını davam etdirməkdir. Amma bu xətt üzərindən nəql ediləcək qazın alınıb-alınmaması Avropa Birliyinin verəcəyi qərara bağlıdır ki, bu qərarın da rusların marağına cavab verməyəcəyi daha inandırıcıdır. Çünki Kremlə tətbiq edilən sanksiyaların davam etdirilməsinin və daha da sərtləşdirilməsinin ən böyük tərəfdarı məhz Avropa Birliyidir. Üstəlik, Avropa bu qaz asılılığından qurtulmaq üçün illərdir yollar axtarır və artıq alternativlər də şist qazı və üzərindən qadağa götürülən İranın timsalında tapılıb.

Türkiyəyə gəlincə, bu ölkə onsuz da idxal etdiyi "mavi yanacağ"ın təxminən 55 faizini Rusiyadan alır. Enerji baxımından Ankaranın da özünü tam olaraq Rusiyadan asılı vəziyyətə salacağı isə ağlabatan deyil. Hazırda Türkiyənin bir nömrəli problemi rəsmi Ankaranın özünə təhlükəli hesab etdiyi Suriya ərazilərindədir. Suriyada isə hazırda söz sahibi kimi Rusiya görünür. Bu görüşdən və "böyük anlaşma" deyilən layihənin imzalanmasından sonra Türkiyənin adı çəkilən ərazilərdə əməliyyatları genişləndirəcəyi və lazım bildiyi bölgəni maraqlarına uyğun olaraq rahat şəkildə təmizləyəcəyini indidən söyləmək olar...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR