Lənkəranda uşaq əyləncə mərkəzi açılıb

Lənkəranda uşaq əyləncə mərkəzi açılıb
# 17 avqust 2016 19:17 (UTC +04:00)

Bakı-APA. Avqustun 17-də Lənkəran rayonunun Velədi kəndində “Mandarin” Uşaq Əyləncə Mərkəzinin açılışı olub.

APA-nın cənub bürosunun məlumatına görə, smeta dəyəri 1,5 milyon manat olan üç mərtəbəli mərkəzin ümumi sahəsi 2500 kv.m-dir.

Binanın birinci mərtəbəsində uşaqlar üçün market, gözəllik salonu, ikinci mərtəbəsində boulinq zalı, fitobar və oyun zalı, 7D sinema kino zalı, üçüncü mərtəbəsində isə əyləncə mərkəzi, banket zalı və kafe fəaliyyət göstərir.

Mərkəzdə gün ərzində 1500 nəfər uşağın əylənməsi üçün şərait var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR