SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb
# 01 sentyabr 2016 16:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin avqust ayında ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay SOCAR 14 min 770 ton dizel yanacağı, 9 min 931 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 1 min 216 ton yüksək təzyiqli polietilen, 573 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 979 ton maye piroliz qətranı, 1 min 292 ton propilen və 1 min 50 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində 430 min 748 ton dizel yanacağı, 143 min 471 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 57 min 16 ton yüksək təzyiqli polietilen, 9 min 229 ton mütləqləşdirilmiş izopropil spirti, 45 min 195 ton maye piroliz qətranı, 29 min 463 ton propilen və 14 min 321 ton butilen butadien fraksiyası ixrac edilib.

2016-cı ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-463,74 ABŞ dolları, təyyarə yanacağının - 419,94 dollar, dizel yanacağının -394,08 dollar, 1% kükürdlü mazutun qiyməti - 242,42 dollar, yüksək təzyiqli polietilenin - 1150 dollar, butilen butadien fraksiyasının - 428,06 dollar, maye piroliz qətranının - 463,74 dollar, propilenin qiyməti - 690 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 887 avro təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR