Kasım-Jomart Tokayev: Qazaxıstanda Prezident İlham Əliyevi Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyirlər

Kasım-Jomart Tokayev: Qazaxıstanda Prezident İlham Əliyevi Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyirlər
# 24 avqust 2022 15:36 (UTC +04:00)

Qazaxıstanda Prezident İlham Əliyevi görkəmli dövlət xadimi, Azərbaycanı tarixi Zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyirlər.

APA xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim edərkən söyləyib.

Qazaxıstanda Prezidenti deyib: “Bu gün mən Sizin ölkənizə böyük məmnuniyyətlə rəsmi səfər edirəm. Biz məhdud tərkibdə çox səmərəli görüş keçirdik. Mənim səfərimin proqramına Sizin Qazaxıstan Respublikasının “Altın Kıran” ali ordeni ilə təltif edilməyiniz mərasimi də daxildir. Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər”.

Prezident İlham Əliyevin dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayan Qazaxıstan Prezidenti “Altın Kıran” ordenini dövlətimizin başçısına bütün qazax xalqı adından ehtiram əlaməti olaraq təqdim etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR