Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlanacaq

Gürcüstanda yeni dərs ili sentyabrın 15-də başlanacaq
# 29 avqust 2016 20:30 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan məktəblərində dərslər sentyabrın 15-də başlanacaq.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın elm və təhsil nazirliyindən bildirilib.

 

Gürcüstanın ictimai məktəblərində birinci sinif şagirdlərinin sayı 53 540, ümumi şagirdlərin sayı isə 509.120 olacaq, dərsliklər pulsuz paylanacaq.

 

Təhsil nazirliyindən bildirilib ki, yeni dərs ili yalnız azərbaycanlıların təhsil aldığı Saqareco rayonunun Ləmbəli kəndində oktyabrın 10-da başlayacaq. Məlumata görə, Ləmbəli kəndində müasir standartlara uyğun yeni məktəb tikilir və dərs ilinin gecikməsi məhz bununla bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR