Lukaşenko Azərbaycan Prezidentini təbrik edib

Lukaşenko Azərbaycan Prezidentini təbrik edib
# 24 dekabr 2023 11:35 (UTC +04:00)

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

APA xəbər verir ki, Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan və Belarus prezidentləri ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR