"TBC Kredit"in səhmdarı Gürcüstan bazarının liderliyinin bir addımlığındadır

"TBC Kredit"in səhmdarı Gürcüstan bazarının liderliyinin bir addımlığındadır
# 14 sentyabr 2016 13:16 (UTC +04:00)

Bakı - APA-Economics. Gürcüstanda fəaliyyət göstərən "TBC Bank" Fransanın "Societe Generale" maliyyə qrupuna daxil olan "Bank Respublika"nın səhmlərinin 94%-ni almağa çox yaxındır.

 

"APA-Economics" "Bloobmerg" agentliyinə istinadən xəbər verir ki, əqdin dəyəri 315 mln. lari təşkil edəcək.

 

Əqdin rəsmiləşməsi üçün Gürcüstanın Milli Bankının razılığı olmalıdır.

 

Ekspertlər əqdin baş tutması üçün hər hansı əngəl görmür.

 

Əqd baş tutduğu halda "TBC Bank" aktivlərin və depozitlərin həcminə görə Gürcüstan bazarının lideri olacaq.

 

Bəzi analitiklər hesab edir ki, bu proses bank sektorundakı rəqabət mühitinə ciddi zərbə vuracaq.

 

"Fitch" beynəlxalq reytinq agentliyinin analitiki Alyona Plaxova isə fərqli düşünür: "Bu əqd Gürcüstanın maliyyə bazarında ciddi dəyişikliklərə səbəb olmayacaq. Buna səbəb bu ölkənin bank sektorunun olduqca dayanqlı olmasıdır".

 

Onu da əlavə edək ki, "TBC Bank" Gürcüstanda fəaliyyət göstərən "Progress Bank"ın da almaq niyyətindədir.

 

Onu da qeyd edək ki, "TBC Bank" Azərbaycanda fəaliyyət göstərən "TBC Kredit" bank olmayan kredit təşkilatının səhmlərinin 75%-ə sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR