Yoxlama prosesində saxtalaşmaya yol verən sahibkarlar cəzalarandırılacaq

Yoxlama prosesində saxtalaşmaya yol verən sahibkarlar cəzalarandırılacaq
# 08 sentyabr 2016 10:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda yoxlama prosesində saxtalaşmaya yol verən sahibkarlarla bağlı yeni cəzalar müəyyən edilir.

APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 602.4 maddəsinə təklif olunan əlavələr müzakirə edilib.

Maddəyə edilən əlavəyə görə, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təhrif olunmuş halda təqdim olunmasına, yanlış məlumatın verilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatədək cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR