Sabirabadda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb

Sabirabadda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb
# 15 aprel 2017 19:42 (UTC +04:00)

Sabirabadda baş verən avtoqəzada 52 yaşlı qadın ağır xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun girişində “Opel” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub.

 

Nəticədə avtomobillərdən birində olan sərnişin, Saatlı rayonunun Məzrəli kənd sakini, 1965-ci il təvəllüdlü Əliyeva Qərənfil Əyyub qızı ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR