Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrova təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Avstraliya münasibətlərinin son vaxtlar genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək".