Yəməndə avtomobilin partladılması nəticəsində 4 hərbçi həlak olub, 6-sı yaralanıb

Yəməndə avtomobilin partladılması nəticəsində 4 hərbçi həlak olub, 6-sı yaralanıb
# 16 avqust 2016 04:30 (UTC +04:00)

Bakı-APA. Yəmənin cənubunda, Abyan əyalətində minalanmış avtomobilin partladılması nəticəsində hökumət qoşunlarının 4 hərbçisi həlak olub, 6-sı yaralanıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi istinadən verdiyi xəbərə görə, insident Ədəndən 120 km cənub-şərqdə yerləşən Şukrə şəhərində qeydə alınıb.

Məlumata görə, hazırda regionda Yəmənin hökumət qoşunları və “Əl-Qaidə” terror qruplaşmasının silahlıları arasında şiddətli döyüşlər davam edir. Bildirilir ki, son günlər ərzində Yəmən ordusu Səudiyyə Ərəbistanının dəstəyi ilə üç yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR