Sabah Bakının Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq

Sabah Bakının Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq
# 17 avqust 2016 16:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Bakının Yasamal rayonunda suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 18-də gün ərzində İzmir və C. Məmmədquluzadə küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR