Azərbaycanda heyvan mənşəli məhsullara nəzarət gücləndirilib

Azərbaycanda heyvan mənşəli məhsullara nəzarət gücləndirilib
# 14 yanvar 2016 10:31 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov APA-ya açıqlamasında bildirib ki, əhalinin sağlam qidalanmasının təmin olunması ilə əlaqədar reydlər davam etdirilir.

O qeyd edib ki, baytarlıq apteklərində, habelə dərmanların saxlanıldığı anbarlarda da reydlər keçirilir: “Bu sahədə baş verən bütün qanunsuzluqların qarşısı alınacaq. Kənd təsərrüfatı nazirinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti ardıcıl olaraq reydləri davam etdirəcək”.

A. Süleymanov əlavə edib ki, qanunsuz ət kəsiminin də qarşısı alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR