Azərbaycan prezidenti narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı qanuna dəyişiklikləri təsdiqləyib
# 13 noyabr 2015 15:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2015-ci il 6 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 5 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Qeyd edək ki, qanuna aşağıdakı məzmunda 26.3-1-ci maddə əlavə edilib:

“26.3-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir”.

26.4-cü maddəyə “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə edilsin, “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin.

26.6-cı maddədə “Mülki Prosessual Məcəlləsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi” sözləri əlavə edilsin.

28-ci maddədə “narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq yerli” sözləri “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR