Azərbaycan nümayəndələri Kuala Lumpurda korrupsiyaya qarşı mübarizə ilə bağlı seminara qatılıblar

Azərbaycan nümayəndələri Kuala Lumpurda korrupsiyaya qarşı mübarizə ilə bağlı seminara qatılıblar
# 22 avqust 2016 15:20 (UTC +04:00)

Bakı-APA. Kuala Lumpurda yerləşən Malayziya Antikorrupsiya Akademiyasında (MACA) “Korrupsiyaya qarşı mübarizə proqramının strateji idarəetməsi üzrə sertifikat” mövzusunda təşkil edilən seminarda Azərbaycan ilk dəfə təmsil olunub.

APA-nın məlumatına görə, tədbirdə Ağdaş rayon prokuroru vəzifəsini icra edən Ramin Hüseynov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və İnformasiya İdarəsinin prokuroru Vüqar Əhmədli iştirak ediblər. Onlar tədbir çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, ölkəmizin bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı mövzusunda təqdimatla çıxış edərək, Azərbaycanın MACC ilə əməkdaşlığının və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Malayziyada olduqları müddətdə Malayziya Antikorrupsiya Komissiyasının nəzdində fəaliyyət göstərən “MACC FM” radiosunun studiyasında olan həmyerlilərimiz təmsil etdikləri qurumun fəaliyyəti və Azərbaycan haqqında malayziyalı dinləyiciləri ətraflı məlumatlandırıblar. Seminarda aktiv fəaliyyətlərinə və ölkə üzrə yüksək səviyyəli təqdimata görə V. Əhmədliyə və R. Hüseynova xüsusi fərqlənmə sertifikatı təqdim olunub.

Seminarda dünyanın 20-dən çox ölkəsindən prokurorluq orqanları, antikorrupsiya qurumları və Ombudsman aparatlarından nümayəndələr iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR