G20 ölkələri innovasiya üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər

G20 ölkələri innovasiya üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər
# 04 sentyabr 2016 13:26 (UTC +04:00)

Bakı-APA. “Böyük iyirmilik” (G20) ölkələri innovasiya üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Çinin Xançjou şəhərində keçirilən G20 sammitində Almaniyanın baş naziri Angela Merkel bildirib.

G20 ölkələri dünya iqtisadiyyatının böyüməsi üçün birgə fəaliyyət göstərməyin zəruri olduğunu vurğulayıblar.

G20 ölkələrinin 2017-ci ildə Almaniyada keçiriləcək sammitində tarixdə ilk dəfə bu ölkələrin informasiya və rəqəmsal texnologiya nazirlərinin görüşünün keçirilməsi barədə də razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR