Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb
# 22 fevral 2016 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tovuz Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə 23 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Qazax rayon sakini Şirinov Mahmud Sayad oğlunun idarə etdiyi 10-BJ-636 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobilin ehtiyat təkərinin içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində aksiz markası olmayan 3200 ədəd siqaret aşkar edilib.

Azərbaycan Respublikası vətəndaşı, 37 yaşlı İsgəndərov Rəfail Həsən oğlunun idarə etdiyi “Mersedes” markalı 90 EM 488 dövlət nömrə nişanlı minik avtomobilinin ehtiyat təkərinin içərisində eyni üsulla düzəldilən saxlanc yerindən isə üzərində aksiz markası olmayan 3800 ədəd siqaret aşkar olunub.

Gəncə şəhər sakini Məmmədov Etibar Xeyrəddin oğlu isə üzərində aksiz markası olmayan siqareti gömrük sərhədindən idarə etdiyi avtomobilin mühərrik yerində keçirmək istəyib. Gömrükçülər onun idarə etdiyi 20-CS-332 dövlət nömrə nişanlı “Daymler Chrysler” markalı avtomobilə skaner vasitəsilə baxış keçirən zaman 16 000 ədəd siqaret aşkar edib.

Hər üç faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR