Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyası Şimali Osetiya Respublikasının rəhbəri Tamerlan Aquzarov 53 yaşında dünyasını dəyişib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, o, uzun müddət idi Moskvada müalicə alırdı. T. Aquzarov bu il fevralın əvvəlində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
T .Aquzarov 2015-ci ilin sentyabrında Şimali Osetiyanın rəhbəri seçilib. O, bu vəzifədə Taymuraz Mamsurovu əvəzləyib.