Ötən il Azərbaycanda əsas kapitala 16 mlrd. manat yönəldilib

Ötən il Azərbaycanda əsas kapitala 16 mlrd. manat yönəldilib
# 14 yanvar 2016 10:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 15,957 mlrd. manatlıq vəsaitin 73,5%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istifadə olunmuş vəsaitin 61,9%-i məhsul istehsalı obyektlərinin, 31,6%-i xidmət sahələri üzrə obyektlərin, 6,5%-i isə ümumi sahəsi 1927,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 56,0%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR