Yaponiyada “Layonrok” qasırğasının qurbanlarının sayı 16 nəfərə çatıb

Yaponiyada “Layonrok” qasırğasının qurbanlarının sayı 16 nəfərə çatıb
# 04 sentyabr 2016 12:20 (UTC +04:00)

Bakı-APA. Bu həftə Yaponiyanın şimal və şimal-şərq regionlarını vuran “Layonrok” qasırğasının qurbanlarının sayı 16 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qurbanların çoxu İvate əyalətinin İvaidzumi şəhərindəki köhnə evdə yaşayanlardır.

Həmin evdə xilasedicilər 9 cəsəd aşkarlayıb.

Bu arada Yaponiyanın şimal-qərbinə yeni tropik qasırğanın yaxınlaşdığı məlum olub. Meteoroloqlar qasırğanın sabah səhər Kyusyu adasına çatacağını proqnozlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR