Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Macarıstan prezidenti Yanoş Aderi ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, təbrik məktubunda Azərbaycanla Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsinin bundan sonra da xalqların rifahına töhfələr verəcəyinə əminlik ifadə olunub.