“PAŞA Həyat” sığorta öpənişlərini iki dəfə artırıb

“PAŞA Həyat” sığorta öpənişlərini iki dəfə artırıb
# 15 avqust 2016 13:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-iyul ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında “PAŞA Həyat” tərəfindən 49,580 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38% çox olub.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 13,567 mln. manat sığorta ödənişi verilib. Nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-iyul ayları müqayisədə təxminən iki dəfə artıb.

Bununla yanaşı, cari ilin avqust ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi 156,852 mln. manat, məcmu kapitalı 47,373 mln. manat, o cümlədən nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbaycanın ən iri sığorta şirkətidir.

Xatırladaq ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR