Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 8 aprel tarixindən etibarən nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək.
Küçənin digər hissələrində hərəkət açıq olacaq. Sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.