Əbülfəs Qarayev Britaniya səfirini qəbul edib

Əbülfəs Qarayev Britaniya səfirini qəbul edib
# 01 sentyabr 2016 13:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Meri Kroftsu və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytı qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında bu sahələrdə formalaşmış mövcud əlaqələrin daha da dərinləşdirilməsi vacibliyi vurğulanıb.

Nazir mədəniyyət sahəsində həyata keçirilmiş bir sıra layihələr və proqramlar haqqında məlumat verərək, bundan sonra da davamlı olaraq təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduğunu bildirib. “British Council” təşkilatının bu sahələr üzrə reallaşdırılmış layihələrini yüksək qiymətləndirərək, əməkdaşlığın davamlı olacağına və uğurlu nəticələrə yol açacağına inamını bildirib.

Ə. Qarayev Bakı Prosesi və 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək qonaqları tədbirdə iştiraka dəvət edib.

Səfir Azərbaycanla mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR