Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
V. Şirinov ittihama münasibət bildirərək, özünü qismən təqsirli bilib.
Proses oktyabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov borc verdiyi V. Şirinov tərəfindən güllələnib.