”Azərbaycanda hazırda böhran yaşanır”.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Rumıniyada keçirilən mətbuat konfransında Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı Hans Timmer deyib.
Onun sözlərinə görə, cari il də nəzərə alınmaqla növbəti iki ildə Azərbaycanda real iqtisadi artım gözlənilmir. “Bu il Azərbaycanda iqtisadi artım 3% azalacaq. 2017-2018-ci illərdə isə bir qədər iqtisadi artım nümayiş oluna bilər. Növbəti iki ildə ÜDM 3% təşkil edəcək. Buna görə də real iqtisadi artım sıfıra bərabər olacaq. Bu isə böhranın təsiridir”, - deyə H. Timmer deyib.
O bildirib ki, növbəti iki il üçün Azərbaycanda inflyasiya idxal qiymətlərinin dəyişməsindən asılı olacaq: “Bu il isə inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılır”.