ABŞ-ın rəhbərlik etdiyi koalisiya Rəqqada əməliyyat hazırlığına başlayıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Rəqqada əməliyyat hazırlığına başlayıb
# 25 oktyabr 2016 22:56 (UTC +04:00)

Bakı-APA.  ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat hazırlığına başlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.    

 

“Biz tərəfdaşlarımızla Rəqqanın təcrid edilməsi üzrə əməliyyat üçün  zəmin yaratmağa başlamışıq”, - deyə Karter koalisiya ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında qeyd edib.  

 

Fransa MN rəhbəri Jan İv Le Drian Rəqqada İŞİD-ə qarşı əməliyyatın mümkün vaxtı və şərtləri barədə danışmaq hələ  tez olduğunu bildirib: “Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir”, - deyə o qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR