Meksikanın Azərbaycandakı səfiri Sumqayıtda olub

Meksikanın Azərbaycandakı səfiri Sumqayıtda olub
# 02 mart 2016 17:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfir R. Labardini ölkələrimiz arasında əməkdaşlığın potensialı, qarşılıqlı tanınma və yaxınlaşmaya xidmət edən mədəniyyətlər arasındakı oxşarlıqları qeyd edib.

Z. Fərəcov sənaye şəhəri olan Sumqayıtın tarixindən danışıb.

Görüşün sonunda tərəflər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

Qeyd edək ki, səfər çərçivəsində R. Labardini Sumqayıt Kimya Sənaye Parkındakı müxtəlif fabrikləri ziyarət edərək orada həyata keçirilən istehsal prosesləri ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR