Türkiyə səfiri BDU-da olub

Türkiyə səfiri BDU-da olub
# 04 noyabr 2016 12:45 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralı qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, səfirə universitet haqqında məlumat verən rektor BDU-nun beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. Universitetdə 500-dən artıq türkiyəli tələbənin təhsil aldığını deyən rektor əlaqələrin daha da inkişafında maraqlı olduğunu, səfir Erkan Özoralın bu əməkdaşlığın genişlənməsinə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.

Səfir Erkan Özoral, öz növbəsində, universiteti ziyarətindən məmnunluğunu bildirib. BDU ilə Türkiyə universitetlərinin əlaqələrini yüksək qiymətləndirən səfir, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. Türkiyə ali təhsil ocaqlarında 1300 azərbaycanlı tələbənin təhsil aldığını deyən səfir Erkan Özoral onların gələcəkdə ölkələrarası əlaqələrdə körpü olacaqlarını vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR