Baş katib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapacağına inanırıq"

Baş katib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapacağına inanırıq"
# 05 noyabr 2016 15:59 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsinin dialoq və sülh yolu ilə həllini tapacağına inanırıq". Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) baş katibi Çun Eui-Yon (Chung Eui-yong) deyib.

"Eyni zamanda, BMT-nin 5 qətnaməsinin tələblərinin yerinə yetirilməsinə də ümid bəsləyirik. İstənilən ölkələr arasında meydana çıxmış münaqişələr sülh və dialoq yolu ilə həll edilməlidir. Biz Azərbaycanın və Ermənistanın problemi həll etmək üçün kifayət qədər mexanizmlərə malik olduğuna əminik. Bizim təşkilatım bu məsələ ilə bağlı hər hansı təzyiq və təsir mexanizminə malik deyil. Biz siyasi liderlərin dialoq yolu ilə münaqişəni həll etmək üçün çağırışlar etmişik", - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR