Gəncədə 26 yaşlı gənc bıçaqlanıb

Gəncədə 26 yaşlı gənc bıçaqlanıb
# 08 may 2017 21:41 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  şəhərin Məhsəti qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Nicat Mehman oğlu qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

N. Məmmədovun sözlərinə görə, o, qəsəbədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR