Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 786 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 256 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 5 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 70 min manatdan artıq kompensasiya verilib.
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 193 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16,073 mln. manatdan artıq kompensasiya ödənilib.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 975 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 80 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 204 min manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 404 mln. 535 min manat artıq kompensasiya ödənişi baş tutub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 690 mln. 885 min manatdan artıq kompensasiya ödənilib.