ABŞ-ın Oklahoma ştatında 5,3 bal gücündə zəlzələ baş verib.
APA-nın “Fox News” telekanalına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kaşinq şəhəri yaxınlığında, ocağı isə 6 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Zəlzələ həmçinin Missuri və Arkanzas ştatlarında da hiss olunub.