Bankın sabiq müdir müavininin şikayəti təmin olunmayıb

Bankın sabiq müdir müavininin şikayəti təmin olunmayıb
# 08 sentyabr 2016 10:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv olunmuş "Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.

Qeyd edək ki, Qaradağ rayon məhkəməsində Elnur Seyidovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması ilə bağlı müraciətinə baxılarkən bir müddət əvvəl bununla bağlı tibbi ekspertiza təyin olunduğu açıqlanıb. Ekspertizanın nəticələrinə əsasən E. Seyidovun səhhətinin cəzasını cəzaçəkmə müəssisəsində çəkməsində imkan verdiyi açıqlanıb.

Məhkəmə onun müraciətini təmin etməyib.

Apellyasiya şikayəti həmin qərardan verilib.

E. Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR