Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda iki nəfər yanıq xəsarəti alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 13-də Sumqayıt şəhərindəki yarımtikilidə, tüfeyli həyat tərzi keçirən Vadim Sokolov və Emil Nuriyev ehtiyatsızlıqdan yandırdıqları tonqalın üstünə yıxılıblar. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.