Beyləqanda yaşayış evi yanıb

Beyləqanda yaşayış evi yanıb
# 22 fevral 2016 06:07 (UTC +04:00)

Bakı-APA. Bu gecə Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR